İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Qətliam olmasın deyə, Qarabağa missiya göndərək"

1828 27.04.2023 14:26 Son xəbər A A

"Qarabağa təcili missiya göndərmək lazımdır". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

O sərsəm fikirlər səsləndirərək iddia edib ki, guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni azlıqların "qətliamına" səylər göstərilir.

"Bu "səylərə" son qoyulmasının yeganə etibarlı yolu geniş beynəlxalq mandata malik nümayəndələrin göndərilməsidir", - baş nazir anormal təklif verib. Onun sözlərinə görə, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Ermənistan hakimiyyəti və beynəlxalq ictimaiyyətdən konkret səylər tələb olunur.

Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanmasına gəlincə, Paşinyan belə hesab edir ki, razılaşmanın aydın icra təminatları və anlaşılan mübahisələrin həlli mexanizmləri olmalıdır: “Sərhədin delimitasiyası parametrləri aydın şəkildə müəyyən edilməli və hər hansı eskalasiyanın qarşısını almaq üçün aydın mexanizmlər tətbiq edilməlidir”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR