İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qarabağ separatçılarına qarşı HƏRƏKƏTƏ KEÇDİ

2153 25.10.2023 15:14 Son xəbər A A

Ermənistan baş naziri Nikol Paşinyan partiyasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə rusların hakimiyyəti onun əlindən almaq istədiyini, ona görə də postunun qorunub saxlanması üçün sərt və aydın addımlar atılmalı olduğunu deyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan partiya yoldaşlarına ilk növbədə əsas silahlarından istifadə etməyi, yəni cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb. Onun fikrincə, Qarabağ erməniləri keçmiş separatçılara qarşı aksiyalar keçirməli, Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanlarından “quldurlara” qarşı mübarizəyə başlamasını tələb etməlidir.

Başqa sözlə, Paşinyan nəyin bahasına olursa-olsun, separatçıları gözdən salmaq istəyir. Əsas hədəf isə Samvel Şahramanyandır. Ermənistan iqtidarı əsas narazılıq oxlarının Şahramanyana tərəf yönəlməsini istəyir. Lakin Paşinyan bununla da məhdudlaşmaq istəmir. O, partiyasının üzvlərinə erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Rusiyanın köməyi ilə geri qayıtmaq istədiyi barədə xəbərləri yaymağı tapşırıb. Bu planları həyata keçirmək üçün o, bütün resurslardan istifadə etməyi əmr edib”, - deyə qəzet bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR