İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK

1247 28.03.2024 14:00 Siyasət A A

Ermənistanın müxalifət mətbuatı Nikol Paşinyanın tərəfdarlarını terrorla hədəlməyə başlayıb. Yazırlar ki, son günlər hakim “Mülki Müqavilə" partiyasının ofisi və üzvlərinin evləri qarşısında partlayışlar baş verir, polis bölmələrinə hücumlar qeydə alınır və s.

Musavat.com xəbər verir ki, bu sözləri "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, müxalif mətbuat bunları misal göstərərək erməni cəmiyyətinə təlqin etməyə çalışır ki, hakim partiyanın üzvləri həyatları üçün qorxmağa başlayıblar və hakimiyyətin devrilməsi halında iztirablarla üzləşəcəklərindən çəkinirlər:

"Mətbuat onu da yazır ki, hadisələrin nəzarətdən çıxacağı halında baş nazir Nikol Paşinyan ölkəni tərk edəcək və Qərb ölkələrindən birində sığınacaq tapacaq, hakim partiyanın digər üzvləri isə qaça bilməyəcəklər.

Müxalifətin mətbuat vasitəsilə yayımladığı məqalələrin məqsədi aydındır. Müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın, əks halda sizi ölüm və həbs gözləyir. Seçki və küçə mitinqləri yolu ilə hakimiyyətə gələ bilməyən müxalifət bu üsulla hakim partiyanın içində fikir ayrılığının dərinləşməsinə və Nikol Paşinyanın hökumət içində mövqelərinin zəifləməsinə çalışır".

E.Şahinoğlu qeyd edib ki, müxalifətin bu planlarından Paşinyan xəbərdardır:

"Ona görə də baş nazir tez-tez partiyasının qapalı toplantılarını keçirərək partiyadaşları ilə müxtəlif mövzularda müzakirələr aparır. Bu, Paşinyana ona görə lazımdır ki, kimin necə düşündüyünü özü üçün müəyyənləşdirə bilsin. Hökumət üzvlərindən və hakim partiya funksionerlərindən hələ ki, Paşinyan əleyhinə açıqlama verən yoxdur. Ancaq bunun daima belə olacağının təminatı da yoxdur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR