İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə Azərbaycan ordusundan şikayət etdi və…  

2405 09.04.2022 15:11 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Söhbət zamanı Paşinyan Rusiya prezidentinə aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşün nəticələri barədə məlumat verib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər Azərbaycanla sülh sazişinin imzalanması və delimitasiya üzrə işlərin başlanması ilə bağlı sazişlərin əhəmiyyətini vurğulayıblar. Rusiya Federasiyasının Prezidenti bu prosesləri hərtərəfli dəstəkləməyə hazır olduğunu bildirib.

Bildirilir ki, Azərbaycan bölmələrinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olması mövzusuna da toxunulub. Baş nazir Paşinyan ordumuzun son yerdəyişmələri ilə bağlı şikayətlənib, “Azərbaycan birləşmələrinin çıxarılmasını təmin etmək üçün konkret tədbirlər görəcəyinə ümid etdiyini” bildirib və bununla da növbəti dəfə destruktiv mövqe sərgiləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR