İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan nə üçün Qarabağı Azərbaycanın bir hissəsi adlandırdığını izah etdi

6263 12.09.2023 04:11 Son xəbər A A

İlk yayın vaxtı 00:11

Paşinyan nə üçün Qarabağı Azərbaycanın bir hissəsi adlandırdığını izah edib. 

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə “Novosti-Armenia” ya müsahibəsində danışıb.

“Ermənistan və Azərbaycan 2023-cü il mayın 14-də Brüsseldə bir-birinin ərazi bütövlüyünü tanıyıb: Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan Ermənistanın 29 800 kv.km ərazisini. Bundan sonra bu razılaşmanı bir daha təsdiqlədim. Sonra mənə sual verdilər ki, bu 86 min 600 kvadrat kilometrə doğrudanmı Qarabağ daxildir? Mən “hə” dedim”, – Paşinyan müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, bu bəyanatla Ermənistan hakimiyyəti Brüsseldə Azərbaycanla “böhranın həlli məsələsinə” dair razılaşmanı düzəltməyə çalışıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR