İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: İnsanlarla üz-üzə gəlməkdən qorxmuram

591 29.05.2024 12:08 Siyasət A A


“Bağanisdə, Voskeparda, Kirantsda, Alaverdidə, Taşirdə və bütün başqa yerlərdə insanlarla üzbəüz görüşdüm, birbaşa ünsiyyətdə oldum”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün, parlamentin həyətində jurnalistlərlə söhbəti zamanı deyib.
Yerli jurnalistlər Paşinyanın sıravi vətəndaşlarla sadəcə ətrafında məmurlar olarkən söhbət etdiyini xatırladıblar.

“Ermənistanda dövlətin qoruduğu şəxslərlə bağlı qanunvericilik inqilabdan əvvəl qəbul edilib və orada göstərilir ki, Ermənistanın baş nazirinin dövlət mühafizəsindən imtina etmək hüququ yoxdur. Yəni Baş nazir kim olmasından asılı olmayaraq Dövlət Mühafizə Xidməti öz xidməti vəzifələrini yerinə yetirməlidir. Bu, onların məsuliyyətidir”,-deyə Paşinyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR