İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Gümrüyə nəzarəti tam itirdi

8501 01.01.2024 15:16 Dünya A A

 

 

57 gün səfir işləyən Misak Balasanyanın qəfil geri çağırılmasının sirri çözüldü 

 

 Ermənistanın İraqdakı səfiri Misak Balasanyanın 57 gün sonra geri çağırılması  Paşinyanın ölkəni hansı prinsiplərlə idarə etməsinə aydınlıq gətirmək baxımından diqqət çəkir.

Musavat.com xəbər verir ki, sentyabr ayında Balasanyanın səfir təyinatı sərəncamını prezident Vaaqan Xaçaturyan imzalamışdı, onun geri şağırılması haqda  sənədi də o imzalayıb, amma bu sadəcə prosedurdu, bu “diplomatik müəmmanın” arxasında Paşinyanın partiyasının iradəsi dayanır. Paşinyana demokrat deyirlər, amma bəlkə də sıradan görünən bir qərar bunun əslində belə olmadığını göstərir.

samvel balasanyan və paşinyan.jpg (36 KB)

Paşinyan Misak Balasanyanı ona görə səfir göndərmişdi ki, o, Ermənistanın ikinci ən böyük şəhərinin-Gümrüdə ciddi nüfuz sahibləri olan, sabiq mer Samvel Balasanyanın oğludur. Samvel Balasanyan əvvəllər bəzi partiyalarda fəaliyyət göstərib, deputat və spikerin müavini də olub. Sonra isə  özünün “Balasanyanlar blok”unu yaradıb və  2021-ci ilin martında keçirilən meriya seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasına qalib gələrik birinci yeri tutub.  Bu səbəbdən Paşinyanın partiyası “Balasanyanlar blok”u ilə koalisiya yaratmağa məcbur olmuşdu. Mer “Balasanyanlar blok”undan, Paşinyanın partiyasından isə iki nəfər müavin olmuşdu.  Amma dekabrın əvvəlində hələ ki, tam bilinməyən səbəbdən bu əməkdaşlığa son qoyuldu. “Balasanyanlar bloku” koalisiyadan çıxdığını elan etdi, amma hakim partiya təmsilçiləri iddia edirlər ki , əməkdaşlığı dayandırmaqla bağlı qərarı ilk olaraq onlar verib. Hakim partiya iddia edir ki, meriyanın idarə edilməsində “xeyli qaranlıq məqamlar” olduğu üçün birgə fəaliyyəti dayandırmaq məcburiyyətində qalıblar.  Bu səbəbdən də  İraqa 57 gün əvvəl səfir təyin edilən  bala Balasanyanı geri çağırılıb.  Qeyd edək ki, Misak Balasanyan Gümrü pivə zavodunun icraçı direktoru olub.  

misak balasanyan.jpg (33 KB)

Qeyd edək ki, koalisiya dağılandan sonra  Gümrüdə situasiya daha da gərginləşib.  Gümrü şəhərinin 2024-cü il büdcə layihəsi təsdiqlənməyib.  Meriyanın kollegiyal idarəetmə orqanı olan Ağsaqqallar Şurasının  növbədənkənar iclasında 32 üzvdən 17-si şəhərin gələn il üçün əsas sənədinin qəbulunun əleyhinə səs verib.  Bununla belə, “Balasanyan bloku” Paşinyanın partiyasının namizədlərinin yerinə merə yeni  iki müavin  seçib.

  Ekspertlərin fikrincə, Paşinyan  Gümrü şəhərinin meri postunu hər hansı vasitə ilə tutmaq qərarına gəlib. Hakim partiya sözügedən vəzifəni tutmaq üçün planlar hazırlayarkən, “Balasanyan bloku”Gümrü  meri Vardeqis Samsonyanın istefa verməyəcəyini deyib. 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR