İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan fikrini dəyişib: Putini həbs etdirmək istəmir, amma...  

1048 04.11.2023 09:23 Yazarlar A A

 

Bir-iki ay bundan əvvəl Beynəlxalq Məhkəmənin Roma statutu ilə bağlı sənədi ratifikasiya olunmaq üçün parlamentə göndərməklə erməni baş naziri Nikol Paşinyan Kreml əhlinin yuxularına həqiqətən də haram qatmışdı. Demirik ki, onlar bundan dərhal qorxmuş, narahat olmuşdular, amma “forpost”un baş nazirinin cəsarəti onları əməlli başlı özlərindən çıxarmışdı və təsadüfi deyil ki, Rusiya siyasət camiyəsi buna bir neçə kanalla cavab verdi: Zaxarova sözünü dedi, D.Peskov reaksiya bildirdi...

Amma bəlli olduğu kimi, Nikol Paşinyanın məlum bir xasiyyəti var: o, bir gün bir şey deyir, sabahsa tamam başqa, əvvəlcə bir şeyi bəyan edir, sabah isə ona düzəlişlər və korrektələr edir...

Roma statutu haqqındakı sənədlə bağlı da belə oldu. Bu günlərdə Ermənistanın hakim partiyasının təmsilçilərindən biri bəyan etdi ki, guya onlar Moskvaya Roma statutu ilə bağlı xüsusi sənəd imzalalamağı təklif ediblərmiş: guya ki, bu sənəd parlamentin Roma statutu haqqındakı qərarını neytrallaşdıracaq, onu hətta heçə endirəcəkmiş! Amma hakim partiyanın sözçüsünün dediyinə görə, Moskva bu xüsusda hələ də susur...

Beləliklə, Paşinyan növbəti oyun oynayır. Onun Rusiya ilə bağlı bəyanatları bir-iki olsaydı, bəlkə də erməni baş nazirinin “səmimiyyətinə” inanmaq olardı. Amma bunlar bir və ya iki deyil. Siyasətçi hər hansı bir məsələ ilə bağlı bəyanat verməyə hazırlaşanada onu ciddi şəkildə öyrənməlidir. Amma Nikol belə deyil: o, əvvəlcə sözü deyir, yalnız bundan sonra onu anlamağa çalışır. Məlum məsələdir ki, Qərb ona təzyiq edir, bu və ya digər anti-Rusiya xarakterli bəyanatlar verməyə təhrik edir...

Məsələn, ötən həftə Nikol Paşinyan KTMT və Rusiyanın Ermənistandakı hərbi bazaları haqqında nüfuzlu xarici dərgilərdən birinə müsahibə verdi. Gəl, sonra nə oldu? Sözlərini demək olar ki, geri götürdü və bildirdi ki, ölkəsində KTMT-dən çıxmaqla bağlı müzakirələr getmir, o ki qaldı hərbi bazalara, onlar hələ Ermənistanda qalacaqlar.

Olsun! Bəs onda Paşinyanın KTMT-nin son illərdəki bütün tədbirlərini boykot etməsi necə olsun? Bunu hansı dəftərə yazaq! O ki qaldı Rusiya hərbi-təhlükəsizlik müstəvisində qalmağa, Paşinyan bunların anti-Qərb alternativlərini yaratmağa cəhd edir, bu sahədə hətta müəyyən işlər də görüb...

Biz bütün bunlara əhəmiyyət verməzdik: erməni baş naziridir, qoy, nə çərənləyirsə, çərənləsin! Amma Paşinyan Azərbaycanla bağlı da belə edir: gündə bir söz deyir. Yenə də ötən həftə bildirdi ki, Azərbaycanla yaxın bir-iki ayda sülh sazişi imzalana bilər! Ardınca dedi ki, guya Bakı ilə gələcək sazişin üç prinsipi razılaşdırılıbdır! Amma indi demək olar ki, indi bunları inkar edir. Necə izah edək bunu?

Birincisi, belə ehtimal vardır ki, erməni baş naziri guya ki, Qərbin gözündə “sülh göyərçini” kimi görünmək, Bakını isə destruktiv bir ölkə kimi sərgiləmək istəyir. İkincisi, daha bir ehtimal budur ki, Paşinyan Ermənistan əhalisini sülhə hazırlamaq istəyir! Olsun! Amma onun sülh məzmunlu və yaxud da anti – Rusiya xarakterli bəyanatlarından sonra erməni əhli küçələrə axışıb etiraz etmir. Bir-iki “politoloq” nəsə deməyə çalışır, amma Ermənistan əhalisi çoxdan keçmiş Dağlıq Qarabağdan əl çəkib, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülhə də hazırdır.

Təsadüfi deyildir ki, revanşist müxalifət bu vaxta qədər heç nə edə bilməyib və indi də bilmir. Bəs onda problem nədədir? Paşinyanın özünün qətiyyətsizliyində və daşnak tərəddüdlərində! O, bunlardan qurtulsa, tezliklə sülh sazişi də imzalana bilər, başqa problemlər də həll olunar. Erməni baş naziri anlamalıdır ki, sülh sazişinin yubanmasından Ermənistan özü uduzur: kommunikasiyalar açılmır, blokada götürülmür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR