İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistandakı Rusiya sərhədçiləri barədə DANIŞDI

752 30.04.2026 16:48 Dünya A A

Ermənistan sərhədçiləri dövlətin imkanları artdıqca İran və Türkiyə ilə sərhəd hissələrində mərhələli şəkildə yerləşdiriləcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinq zamanı bəyanat verib.

Baş nazir qeyd edib ki, Ermənistan tərəfi hazırda sərhədlərin qorunması xidmətinə görə rusiyalı sərhədçilərə ödənişlər həyata keçirir.

Paşinyanın sözlərinə görə, bəzi hallarda Rusiya tərəfi xidmət xərclərinin qarşılanması üçün bu ödənişlərin artırılması məsələsini də qaldırıb.

“Resurslarımız artdıqca Ermənistan sərhədçiləri sərhədin daha çox hissəsinə nəzarəti öz üzərinə götürə bilər. Rusiya tərəfi isə Ermənistan üçün məqbul olan məbləğ çərçivəsində fəaliyyətini davam etdirə bilər”, - deyə Nikol Paşinyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR