İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026-da talelər həll olunur – “Panzerlər”, “Narıncılar” və “Samuraylar” səhnədə

1319 20.06.2026 19:54 İdman A A

İLK yayım saatı: 14:50

Dünya çempionatı-2026-da F və E qruplarında vəziyyəti kökündən dəyişə biləcək qarşılaşmalar keçiriləcək.

DÇ-2026: İsveç Tunis millisini darmadağın etdi

İlk turdan sonra Almaniya və İsveç liderlik uğrunda mühüm üstünlük əldə ediblər, Niderland və Yaponiya isə iddialarını qoruyublar.

Qarşılaşmalar:

Niderland – İsveç (20 iyun, 21:00)

Almaniya – Fil Dişi Sahili (20 iyun, 24:00)

Ekvador – Kürasao (21 iyun, 04:00)

Tunis – Yaponiya (21 iyun, 08:00)

Niderland – İsveç oyunu günün mərkəzi qarşılaşması sayılır. Çünki F qrupunun favoritləri olan yığmalar üz-üzə gəlir. İlk turda Hollandiya Yaponiya ilə 2:2 hesablı heç-heçə edib. İsveç isə Tunisi 5:1 hesabı ilə darmadağın edərək qrupun liderliyinə yüksəlib.

Hazırda Niderlandın əsas silahları Virgil van Dijk, Xavi Simons, Cody Gakpo, Jeremie Frimpong sayılır.

İsveç isə Alexander Isak, Viktor Gyökeres, Lucas Bergvall, Dejan Kulusevski kimi ulduzlarla tanınır.

İsveç hazırda hücumda daha məhsuldar görünür. Niderland isə topa nəzarət və taktiki nizam-intizam baxımından üstün komandadır. Amma oyunun favoriti Niderland yığması göstərilir.

DÇ-2026-da günün yekunu: Almaniya 7, İsveç 5 qol vurdu | Baku.ws Xəbər  saytı - Son xəbərlər və Hadisələr

Almaniya – Fil Dişi Sahili oyununa gəlincə, alman maşını ilk turda Kürasaonu 7:1 hesabı ilə məğlub edərək turnirin ən parlaq çıxışlarından birini edib. Fil Dişi Sahili isə Ekvadoru 1:0 hesabı ilə üstələyərək sürprizə imza atıb.

Almaniyanın diqqət mərkəzində olan futbolçuları kifayət qədər çoxdur. Onlardan Jamal Musiala, Florian Wirtz, Kai Havertz, Antonio Rüdiger kimi isimləri xüsusi qeyd etməliyik.

Fil Dişi Sahilinin ulduzları isə Amad Diallo, Wilfried Singo, Evan Ndicka və Sébastien Hallerdir.

Afrika təmsilçisi fiziki futbolu ilə rəqibi çətin vəziyyətə sala bilər. Amma Almaniyanın oyun keyfiyyəti və heyət dərinliyi daha yüksəkdir. Bu səbəbdən Almaniyanın qalib gələcəyini düşünənlər əksəriyyət təşkil edir.

Ekvador – Kürasao matçı qrupda qalmaq uğrunda bir döyüşdür.

Ekvador ilk turda Fil Dişi Sahilinə son dəqiqə qolu ilə uduzub. Kürasao isə Almaniyadan 7 qol buraxıb.

Ekvadorun əsas ümidləri Moises Caicedo, Piero Hincapié, Kendry Páez, Alan Mindadır.

158 min əhalisi olan Kürasao isə Leandro Bacuna, Juninho Bacuna, Livano Comenencia kimi oyunçuları ortaya çıxarmağı bacarıb.

Dünya çempionatında həlledici anlar: Niderland - İsveç, Almaniya -  Kot-d'İvuar | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Oyunun nəticəsi barədə nə gözlənilir?

Ekvador daha sürətli və texnikalı komandadır. Kürasaonun müdafiədə ciddi problemləri görünür. Proqnozlara görə, Ekvador qalibdir.

Tunis – Yaponiya isə “Qartallar” və “Samuraylar”ın dueli kimi qəbul olunur.

F qrupunda vəziyyət son dərəcə gərgindir. Tunis ilk turda İsveçə 1:5 hesabı ilə uduzub. Yaponiya isə Niderlanddan xal almağı bacarıb.

Yaponiyanın əsas ümidləri Takefusa Kubo, Kaoru Mitoma, Daichi Kamada, Wataru Endodur.

Tunisin isə əsas silahları Hannibal Mejbri, Ellyes Skhiri, Youssef Msaknidir.

Yaponiya daha sürətli və müasir futbol nümayiş etdirir. Tunis isə fiziki mübarizəyə üstünlük verir.

Ehtimallarda Yaponiya qalib görünür.

Ən böyük maraq doğuran qarşılaşma şübhəsiz ki, Niderland – İsveç duelidir. Qalib gələn komanda F qrupunda 1/16 final yolunda çox böyük üstünlük əldə edəcək. Almaniya isə növbəti qələbə ilə pley-off qapısını demək olar ki, açmış olacaq.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR