Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Musavat.com xəbər verir ki, sevilən sənətkarı xəstəxananın qarşısında pərəstişkarları gül-çiçəklə qarşılayıblar.
Onlar Flora Kərimovanın məşhur “Gəl görüşək” mahnısını ifa edərək sənətkara sevgi və dəstəklərini nümayiş etdirib, ona möhkəm can sağlığı və tezliklə tam sağalmasını arzulayıblar. Xalq artisti buna görə pərəstişkarlarına təşəkkür edib.
Xatırladaq ki, Flora Kərimova son bir neçə gündür xəstəxanada müalicə alırdı. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.
Xalidə,
Musavat.com






