İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

1457 12.04.2023 17:30 Son xəbər A A

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında deyib.

“Əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar “bu gün həmin sənədin meyvələrini yığırlar”.

“Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, - Ermənistanın hökumət başçısı əlavə edib.

Nikol Paşinyan vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb: “Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi elə erməni tərəfi olub."

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR