İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Ermənistan Qarabağ ermənilərinin taleyini həll edə bilməz”

835 25.07.2023 14:47 Region A A

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ xalqının (Qarabağ ermənilərinin - red.) taleyini həll edə bilməz”.

Musavat.com xəbər verir ki, bunu iyulun 25-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Dağlıq Qarabağ nümayəndələrinin (Qarabağdakı erməni icmasının nümayəndələri - red.) özləri danışıqların tərəfi, dialoqun tərəfi olmalıdırlar. Biz Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Bakı-Xankəndi dialoqu formatında, beynəlxalq mexanizm çərçivəsində Qarabağ ermənilərinin nümayəndələrinin iştirakı ilə müzakirə edilməli olduğunu deyir və məhz bu gündəliyi təbliğ edirik. Düşünürəm ki, Qarabağ ermənilərinin nümayəndələri bu formul çərçivəsində onları narahat edən bütün məsələləri həll etmək, həm də bu məzmunla bağlı çox vacib olan siyasi məsuliyyəti öz üzərinə götürmək imkanı əldə edəcəklər. Düzgün yol budur”, - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR