İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakının güzəştə getməsini istəyir -Qarabağ erməniləri 5 gün ərzində ...

2997 01.04.2022 15:17 Gündəm A A

"Aprelin 6-da Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüş elə bir vaxta təsadüf edir ki, Qarabağ erməniləri Azərbaycana qarşı təbliğat hücumuna başlamaq və Qərbdə ictimai rəyi çaşdırmaq ümidi ilə sərhəddə problemlər yaratmağa, qarşıdurma salmağa çalışırlar. Onlar Brüssel görüşünə kimi bu təxribatlarını daha da artıra bilərlər".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Moskva Paşinyana sülh sazişini imzalamaması üçün təzyiq edə bilər:

"Belə bir məqamda Ermənistan öz ərazisindən Ukraynada Rusiya ordusuna qoşulmaq yolunda olan suriyalı döyüşçülər üçün keçid məntəqəsi kimi istifadə edilməsinə icazə verir.

Bütün bu hadisələr Paşinyanın sülh sazişi ilə bağlı mövqeyinə zidd deyil, lakin bütün bunlar Ermənistan hökumətinin Qarabağ erməni fəallarının və Qərbdəki erməni lobbilərinin təzyiqi altında bəlkə də sülh sazişini yekunlaşdırmamaq və ya ən azı bu vasitələrdən istifadə etmək üçün tərəddüd etdiyini göstərir. Görünür İrəvan Bakının daha böyük güzəştlərə getməsi istəyindədir.

Ermənistanın nəhayət Türkiyə ilə münasibətləri normallaşır ki, bu da ona qonşusu (Azərbaycan) ilə sülh müqaviləsi imzalamağa qarşı çıxmaq üçün daha az bəhanə imkanı verir.

Bir tərəfdən, Paşinyan bu görüşdə Qərbin dəstəyini qazanmaq və Rusiyaya hər hansı potensial hərbi yardıma görə sanksiyalardan qaçmaq rıçaqları istəyə bilər, digər tərəfdən, Moskva gələcək danışıqlar üçün siyasi və başqa təyiq vasitələri ilə yeni səbəblər əldə etmək məqsədilə Paşinyana sülh sazişini imzalamamasına görə təzyiq edə bilər.

Mənə elə gəlir ki, son həftələr bölgədə əhval-ruhiyyəni bir o qədər də açacaq dəyişikliklər baş vermir, amma Paşinyan Brüssel görüşünün nəticəsi olaraq gözlənilməz lütfkar addımı ilə hamımızı təəccübləndirə bilər. Lakin həll olunmamış və havada qalan nə qədər çox məsələnin olduğunu nəzərə alsaq, belə bir vəziyyətdə erməni baş nazirin ümumi nikbin şərtlərin, proseslərin yaxın gələcəkdə yekunlaşdırılmasına sadiqliyi ola bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR