İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 1 mart işi ilə bağlı bəraət aldı

555 08.04.2022 14:20 Gündəm A A

Ermənistan Kassasiya Məhkəməsi 1 mart iğtişaşları ilə bağlı baş nazir Nikol Paşinyana bəraət verib.

Məhkəmə hazırkı baş nazirə qarşı 2010-cu ildə çıxarılan qərarı ləğv etmək qərarına gəlib. İstintaq zamanı hazırkı baş nazirin azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən, Ermənistanın baş prokuroru Artur Davtyan hökmün ləğvi barədə vəsatət verib.

Xatırladaq ki, Nikol Paşiyan 2008-ci ildə Ermənistan prezidentliyinə namizəd Levon Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü olub. 2008-ci il martın 1-2-də İrəvanda baş verən iğtişaşlardan sonra o, axtarışa verilib. 2009-cu ildə hakimiyyətə təslim olub. 2010-cu ilin yanvarında iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkəmə həbs müddətini iki dəfə azaldıb və 2011-ci ilin mayında Paşinyan Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə amnistiyaya əsasən azadlığa buraxılıb.

Mənbə: Sputnik Ermənistan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR