İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayış baş vermiş gecə klubunun son halı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR FOTO VİDEO EKSKLÜZİV

4683 03.04.2022 12:05 Gündəm A A

Xəbər verdiyimiz kimi, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.

"TV Müsavat"ın əməkdaşları hadisə yerinə yollanıb. Partlayış baş vermiş klubun ətrafını polislər nəzarətə götürüb, giriş-çıxış məhdudlaşdırılıb.

Yaxınlıqda yaşayanların sözlərinə görə, ərazidə çox sayda restoran fəaliyyət göstərir:

"Restoranın ön hissəsindən (Tarqovu tərəfdən) vizual olaraq hər şey yaxşı görünsə də, arxa tərəfindən həyətyanı sahədə obyektlər iç-içədir. Havalandırma boruları, kommunikasiya xətlərinin hamısı yaşayış evlərinin yanından keçir, bu da təhlükəli vəziyyət yaradır. Bundan əlavə, gecələr restoranlardan gələn səslərdən yatmaq mümkün deyil. Dəfələrlə bu barədə aidiyyəti orqanlara müraciət etmişik. Lakin heç bir tədbir görülməyib".

Partlayış baş vermiş gecə klubunun son görüntülərini təqdim edirik:

Qeyd edək ki, partlayış zamanı həlak olan, gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovanın valideyni də ərazidə olub. Lakin mediayaya heç bir açıqlama verməyib.

Elçin Əkbərov,
Anar Əhməd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR