İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayış baş vermiş gecə klubunun əməkdaşı danışdı - EKSKLÜZİV

4687 03.04.2022 11:15 Gündəm A A

Xəbər verdiyimiz kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Gecə klubunda "DJ"lik edən Rəşid (DJ Reed Russell) Musavat.com-a açıqlama verib.

O iddia edib ki, hadisə qəsdən törədilib:

“Məkanda hər şey qaydasında olub və avadanlıqların heç birində nasazlıq olmayıb. Düşünürəm ki, gecə klubu qəsdən partladılıb”.

Musavat.com bildirir ki, klub əməkdaşının bu iddiasını dəstəkləyən hər hansı fakt, detal hələ ki, mövcud deyil. Partlayışın qaz balonundan baş verdiyi RƏSMİ olaraq açıqlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR