İnsanlara hürriyət, millətlərə istiqlal!

Parkda atraksionlar bir-birinə dolaşıb ağaca çırpıldı – 17 yaralı var (VİDEO)

1326 24.04.2023 21:40 Hadisə A A

Türkiyənin Bursa şəhərində əyləncə parkında fəlakətin qarşısı alınıb.

Musavat.com xəbər verir ki, sürətlə fırlanan atraksionlar bir-birinə dolaşaraq ağaclara çırpılıb.

Qorxunc anlar bir vətəndaşın cib telefonunun kamerasına əks olunub. Xoşbəxtlikdən dəhşətli hadisə zamanı ölən olmayıb, 17 nəfər yaralanıb.

Xəbərdarlıqdan sonra bölgəyə çoxlu təcili yardım, polis və xilasetmə qrupları sövq edilib. Yaralı vətəndaşların həyati təhlükəsinin olmadığı bildirilib.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR