Musavat.com xəbər verir ki, Ukraynanın vitse-premyeri Kuleba Odessaya doğru hərəkət edən Panama bayraqlı tankerin pilotsuz uçuş aparatı ilə vurulduğunu təsdiqləyib.
Məlumata görə, tanker Odessa limanına daxil olmağı gözləyirdi və gəmidə bitki yağı yüklənməsi planlaşdırılırdı. Hücum nəticəsində bir nəfər yaralanıb, gəminin göyərtəsində isə yanğın baş verib.
Bundan başqa, vitse-premyer bildirib ki, limandan qarğıdalı yüklü çıxan San Marino bayraqlı digər bir gəmi də hücuma məruz qalıb. Hadisələrlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunur.
Musavat.com






