İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistandan İranla bağlı AÇIQLAMA: Hücuma cavab olaraq...

1565 17.01.2024 16:15 Dünya A A

Xəbər verdiyimiz kimi, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib. SEPAH-ın yaydığı məlumatda bildirilib ki, zərbə "Ceyş-i-Zalum" (Ədalət Ordusu) terror qruplaşmasının Bəlucistan əyalətindəki hədəflərinə endirilib.

Musavat.com-un xarici KİV-ə istinadən məlumatına görə, Pakistanın yüksək rütbəli kəşfiyyat mənbələri bildiriblər ki, İranın ötən gecə Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantlar masadadır.

Qeyd olunub ki, İran dünən gecə sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Adl" adlı silahlı qrupa qarşı hücum təşkil edib, zərbələr nəticəsində iki uşaq həlak olub.

Məsələ ilə bağlı vacib və təcili görüşün davam etdiyi bildirilib. İranın hücumuna cavab olaraq bütün variantların masa üzərində olduğunu qeyd edib.

Bəyanatda qeyd olunub ki, Pakistanın suverenliyinin bu cür pozulması yolverilməzdir və ciddi nəticələrə səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR