İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü Putinə oxşadan Makronun gizli xəstəliyinin SENSASİON DETALLARI

1655 23.03.2024 16:43 Siyasət A A

Özünü Avropa lideri kimi göstərmək istəyən Emmanuel Makronun nə xarizması, nə diplomatik bacarığı buna imkan verir. Natamamlıq kompleksindən əziyyət çəkən Makronun bütün istiqamətlərdə uğursuz siyasəti və zəif lider obrazı artıq dillərə dastan olub.

Ukraynaya ordu yeritmək məsələsində biabır olan Makron bu rüsvayçılığı sözündən imtina ilə yumağa çalışdı. Ancaq hələ də natamamlıq kompleksinin burulğanındadır.

Bu kompleksdən yaxa qurtarmaq üçün Emmanuel Makronun “kişi obrazı” yaradılır, boks məşqlərindən video və fotolar paylaşılır. Lakin bu foto və videolar Makronun öz xalqı tərəfindən belə şübhə ilə qarşılanır, eyni zamanda gülüş yaradır. Bir sözlə, Makronun “əzələ nümayişi” son günlər Fransa gündəmini zəbt edib.

BOKSU.png (175 KB)

Fransada oturan Makronun daş atmadığı ölkə qalmayıb. Lakin bütün daşlar geriyə doğru hərəkət edib öz başını yarır.

Azərbaycan Prezidentinə uduzan Makron bunu unuda bilmir, qisas hissi ilə yaşayır. Xan qızı Natəvanın heykəlindən belə “qisas” alır bu xəstə təfəkkürlü başçı. “Başbilən” Makronun sayəsində ona qədər həmişə normal olan Azərbaycan-Fransa münasibətləri gərgin səviyyədədir.

AZİZ.jpg (222 KB)

Mövzuya münasibət bildirən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Musavat.com-a açıqlamasında deyib ki, Emmanuel Makronun davranışları siyasi iradədən kənar müxtəlif fetiş maraqları olan şəxsin psixoloji təzahürləri kimi görünür:

“O, real siyasi münasibətlərdə real mövqe qura bilməməyin ciddi xəstəliyindən əziyyət çəkir. Bəlkə bir az da araşdırsaq, obyektofil adlı bir xəstəlikdən də əziyyət çəkdiyi üzə çıxmış olar. Fransa dövlətinin siması olan şəxsin özünü, məqsəd və arzularını, siyasi kimliyini göstərmə üsulu çox təəssüf ki, bu şəkildə üzə çıxmaqdadır. Makron güclü dövlətlər qarşısında maraqlarını bu cür sərgiləyəcək insan deyil. Biz daha çox onun sensual maraqlarının ifadəsini digər dövlətlərə yönəlik görə bilərik. Yəni bunu Rusiyaya, ABŞ-a edə bilərmi? Amma müttəfiqi hesab etdiyi Ermənistanın məğlubiyyətinin qarşısını ala bilmədikdə, Afrikada mövqelərini itirdikcə Azərbaycan üzərindən anti-humanist, vandalcasına mövqelər sərgiləməyə başladı. Biz bunu Natəvanın heykəlinə münasibətdə gördük, müxtəlif fotoyayımlarda, verdiyi bəyanatlarda görürük. Ancaq bunlar Azərbaycana yönəlik real siyasi təsir və real siyasi nəticə yarada biləcək addımlardımı? Ona görə də biz Makronu obyektofil adlandırırıq”.

“Sizcə, Makron boks məşqlərindən foto, video paylaşmaqla nəyə işarə edir?” sualına isə ekspert belə cavab verib:

“Buna “demoqrafik silahlanma” janrı deyirlər. Siyasətdə bunun banisi Vladimir Putindir. Makron özünü Putinə adekvat cavab verə biləcək şəxs kimi görür. Putinin çılpaq şəkildə at çapması, tatamidə qalib gəlməsi, ov etməsi fonunda Makronun boks fotosunun yayılması “demoqrafik silahlanma” janrına aiddir.

CAPDİ .png (520 KB)

Bu arada, həmin foto, video Fransada böyük qalmaqala səbəb olub. Hətta Fransada tənqid o dozada olub ki, Yelisey sarayı bu fotonun retuş olub-olmamasına da münasibət bildirmək məcburiyyətində qalıb. Çünki əksər istifadəçilər deyirlər ki, Makronun göstərmək istədiyi “əzələ nümayişi”ndə məqsəd həqiqətən də onun iri əzələli olması və bu əzələnin Fransanın gücünün olması anlamı ilə eynilik təşkil edir. Bu, bir az da bütün düşmənlərə qarşı və Ukraynaya ordu yeridə bilmə gücünü göstərmə mahiyyəti daşıyır. Amma hər kəs bunu bu cür qəbul edir ki, axı foto retuş olunub, Makronun o boyda əzələsi yoxdur. Yelisey sarayı buna açıqlama vermək məcburiyyətində qaldı ki, belə bir montaj əməliyyatı aparılmayıb”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR