İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünə gələndə “hende hox”, bizə gələndə “problem yox”? – Almaniyanın ikili standartı

1203 10.12.2022 14:18 Analitika A A

Dövlət çevrilişi həyata keçirərək, bir dövələtin konstitusion quruluşunu dəyişmək, öz istədikləri kimi diktatura yaratmaq istəyən qüvvələr, demək olar ki, bütün ölkələrdə var. Fərq ondadır ki, bəzi dövlətlərdə belə bir niyyət və hərəkətin qarşısına sipər çəkən möhkəm mexanizmlər var, bəzilərində bu sistem zəifdir, bir çoxunda isə, ümumiyyətlə, heç bir qoruyucu, önləyici mexanizm yoxdur, hər şey ekstremislərin, çevriliş etmək istəyən hərbçilərin son və qəti qərarından asılıdır.

“Qoca qitə”də çevrilişin mümkünsüzlüyü

Avropa ölkələrinin tam əksəriyyəti əsrlərlə keşməkeşli yol gələrək, dini dövlətdən, hərbi hakimiyyəti mülki hakimiyyətdən, məhkəmə sistemini hər üçündən ayıraraq mükəmməl bir mexanizm qurublar, ona görə də bu qitədə hər hansı bir çevriliş etmək, sistemdən kənar şəkildə hakimiyyətə yiyələnmək mümkün deyil. İndilikdə mümkün deyil, böyük kataklizmlər halında isə hər şey mümkündür.

Almaniya bu cür, qoruyucu sistemi, dinc hakimiyyət dəyişikliyinin dədiq mexanizmlərlə həyata keçirildiyi ölkədir. Burada dövlət çevrilişinə cəhd etmək avantüradan başqa bir şey deyil. Xüsusilə də bu ölkədə özünü Rusiyanın əlaltısı, “şilləvuran”ı kimi aparmaq istəyən hansısa qüvvənin nəsə bir uğur qazanması absurddur. Lakin bu fikrə düşənlər olub.

Çevriliş cəhdi edən avantüristlər

000.JPG (34 KB)

Bu günlərdə beynəlxalq mediada yayılan xəbərlərə görə, Almaniyada həyata keçirilən əməliyyatlarda 25 nəfərin terror təşkilatına üzv olmaq və dövlət çevrilişi planlaşdırmaq ittihamı ilə saxlanııb. Ümumilikdə bir çox vilayətlərdə həyata keçirilən reydlərdə 52 nəfər “terror təşkilatına üzv olmaq və ya dəstək vermək” ittihamı ilə nəzarətə alınıb. Saxlanılanların arasında keçmiş hərbçilər də var. Onlar Almaniya Bundestaqına basqın edərək dövlət çevrilişi etməyi planlaşdırırmışlar.

Bu barədə mətbuata məlumat hər hansı bir “mötəbər mənbədən” və ya “adının çəkilməsini istəməyən informasiyalı qaynaq”dan sızmayıb. Bunu Almaniyanın federal ədliyyə naziri Marko Buşman öz “Twitter” hesabından yaydığı açıqlamada bildirib. Yəni məlumatın mötəbərliyinə zərrə qədər də şübhə yoxdur.

Terror təşkilatının üzvləri Almaniya imperiyasını nümunə götürür və müasir Almaniya dövlətini tanımadıqları bildiriliblər. Bu da o deməkdir ki, bu şəxslər iki dünya müharibəsinə səbəb olmuş ideyanın - “Böyük və qüdrətli Almaniya”nın dünya ağalığı niyyətini yenidən gündəmə gətirmək və reallaşdırmaq fikrindəymişlər. Onlara görə, müasir Almaniya balaca bir yerdir və o, çox genişləndirilməlidir.

Absurdun yekəsi: Almaniyanı kiçildənlər onu böyüdəcəkdilər?

22233.gif (24 KB)

Bu hadisəni bizim üçün maraqlı və diqqətəşayan edən bir neçə detal var.

Birincisi odur ki, “Böyük Almaniya” ideyasına könül verən ekstremistlər öz niyyətlərini gerçəkləşdirmək üçün məhz Almaniyanı bölüb-kiçildən ölkədən – Rusiyadan dəstək alırmışlar. Bu absurd deyilmi? Absurd göz önündədir. Heç Rusiya bakaca ilanı böyüdüb əjdahaya çevirərdimi, özünə qənim yetişdirərdimi? Deməli, bu məsələdə Kremlin öz çıxarları olub və müasir Almaniyanı da sarsıtmaq, ona, bütövlükdə Avropanın birliyinə problem yaratmaq üçün özlərini “Almaniya üçün alternativ” (AfD) adlandıran partiyadan köz maşası kimi istifadə etmək fikirində olublar.

Nə işiniz vardı, Qarabağda, bösewichte?

777.jpg (153 KB)

İkincisi, məsələ ondadır ki, (AfD) partiyasının deputatları Qarabağa qanunsuz səfərlər ediblər. Yəni bu səfərlər bir dəfə olmayıb, bir neçə dəfə olub, ardıcıl xarakter daşıyıb. Bu hərəkətlə alman ekstremistlər ruslara və ermənilərə yarınmaq və Azərbaycanın ərazü bütövlüyünə hörmətsizlik nümayiş etdiriblər. O zamanlar Azərbaycan dövləti Almaniyaya bir neçə dəfə etiraz notası göndərib, amma qarşı tərəfdən hər hansı reaksiya olmayıb. Görünür, o ölkədə də “Mənə dəyməyən canavar yüz il yaşasın” prinsipi ilə hərəkət ediblər və düşünüblər ki, AfD üzvlərinin fəaliyyəti Almaniyaya qarşı deyil, başqalarına ziyanlı olmasının isə bu ölkəyə dəxli yoxdur.

İndi Almaniyada fəaliyyət göstərən www.tagesschau.de saytı yazır ki, (https:// www.tagesschau.de /investigativ/kontraste/bergkarabach-afd-rechtsextreme-101.html) AfD siyasətçiləri Yoahim Kas və Yoahim Polun qondarma “Qarabağ respublikasının müstəqilliyini” tanımaqla bağlı çağırışları Almaniya hökumətinin xarici siyasəti ilə ziddiyyət təşkil edir. Çünki nəinki Almaniya, eləcə də dünyada heç bir ölkə Qarabağın Azərbaycana aid olmadığını qəbul etmir.

Bundan başqa, məqalədə qeyd olunur ki, AfD siyasətçiləri Qarabağa qatı sağçı, Rusiyayönümlü “Zuerst” jurnalının baş redaktoru Manuel Oşenrayterin müşayiəti ilə gediblər. Oşenrayter Polşada macar icmasına məxsus mədəniyyət mərkəzinə qarşı törədilən terror aktında əli olmaqda ittiham olunur. Onun və AfD siyasətçilərinin erməni sağ milli siyasi partiyası “Adekvat” ilə əlaqələrinin olduğu qeyd edilir. Adı çəkilən partiya Oşenrayterə ideoloji dostluğuna görə təşəkkür də elan edib.

www.welt.de saytının dərc etdiyi məqalədə (https:/ politik/deutschland/plus218492862/Russland-Krim-Kaukasus-Mehr-als-100-AfD-Reisen.html) də AfD siyasətçilərinin xarici səfərləri təhlil edilir və onların Rusiyanı maraqlandıran bölgələrə getdikləri vurğulanır, qeyd olunur ki, bu ekstremist partiya Rusiya hökuməti ilə yaxındır və onunla əməkdaşlıq edir. Görünür, bu əməkdaşlıq təkcə onların ermənilərə dəstək vermək məsələsində deyilmiş, həm də Almaniyanın özünə, demokratik quruluşuna qarşı yönəlibmiş. Elə ona görə də artıq bu şəxsləri zərərsizləşdiriblər.

Kimdir alət, bəlkə həm onlar, həm də bunlar?

1477822275_16.jpg (168 KB)

Almaniyada fəaliyyət göstərən başqa bir saytın - web.de-nin bənzər məqaləsində (https://web.de/magazine/politik/afd-reise-berg-karabach-suedkaukasus-krieg-recherche-35214116) AfD-nin Qarabağ münaqişəsini öz maraqları naminə alətə çevirməsi vurğulanır. Qeyd olunur ki, partiya təmsilçiləri Ermənistanın onların Qarabağa səfərinin Almaniya hökumətinin dəstəyini göstərən addım kimi təqdim etməsinə icazə verməklə Ermənistan hökuməti tərəfindən də alətə çevrilmələrinə şərait yaradırlar.

Ancaq məqalə müəllifləri unudurlar ki, alman ekstremistlər Qarabağ münaqişəsindən nə qədər öz maraqlarına uyğun istifadə etsələr də, bu əlaqələrdən əsas istifadə edən tərəf məhz ermənilərdir. Onlar bu addımlarla Avropada populyarlaşmaq, siyasi dairələrdə tanınmaq, cəmiyyətdə şaxələnmək, Azərbaycan haqqında mənfi reputasiya yaratmaq üçün yararlanırlar.

Bir yanı Qarabağ, bir yanı Krım, o biri yanı da Luqansk

99988800.JPG (55 KB)

Məlum olur ki, AfD-nin Almaniyada fəaliyyət göstərən erməni mafiyası ilə əlaqələri dəfələrlə detallı şəkildə qarşı tərəfin diqqətinə çatdırılıb, ancaq bu məsələ ilə bağlı dər hansı tədbirin görülməyib. Yuxarıda dediyimiz kimi, alman məmurlar hesab ediblər ki, AfD-in fəaliyyəti başqa ölkələrə qarşı yönəlmiş olsa da, AFR-ə zərər vurmur. Ancaq indi bu partiyanın hərəkətlərində öz dövlətinin mənafeyinə hədə olan məqamlar sezilib deyə, artıq onu araşdırır və zərərsizləşdirirlər. Bu, ikili standardırmı? Tam özüdür.

Halbuki AfD parlament qrupunun liderləri Alis Vaydel və Aleksandr Qoland burada problem görmürlər. Onlar hesab edirlər ki, Qarabağ Almaniya Federativ Respublikasının rəsmi xarici siyasətinin diqqətindən kənarda qalan, geosiyasi baxımdan aktual bir bölgədir.

Həm də AfD üzvləri təkcə Qarabağa yox, Rusiyaya, Ukraynanın şərqindəki mübahisəli bölgələrə, Krıma, Qafqazdakı digər separatçı bölgələrə, eləcə də Belarusa 100-dən çox səyahət həyata keçiriblər. Səyahətçilər federal ştatların, federal hökumətin, Aİ Parlamentinin üzvləri və partiya rəsmiləri olub. Bu da o deməkdir, əslində bu şəxslər Almaniya dövlətini təmsil ediblər. Ancaq Almaniyanın ali rəhbərliyi onlara dövlət adından qanunsuz qurumların hökmranlıq etdiyi ərazilərə rəsmi səfər etməyi qadağan etməyib.

Eyni çağırışları edənlərin bir qrupu azadlıq aşiqidir, o biri qrupu terrorçu?

888.jpg (301 KB)

İndi burası da maraqlıdır: Azərbaycanda açıq şəkildə dövlət çevrilişinə çağırışlar edən və bu məqsədlə aksiyalar təşkil edən radikallar həbs edilməsi bir çox Avropa dövlətləri ilə yanaşı Almaniya tərəfindən də insan hüquqlarının pozulması aktları kimi qiymətləndirilir. Lakin Almaniyanın özündə analoji cəhdə görə 25 nəfərin həbs edilməsi dövlət təhlükəsizliyini təmin etmək zərurəti ilə izah olunur və bunun insan hüquqlarının pozulması aktı kimi təqdim etmək olmaz.

Buradan elə çıxır ki, bizim dövlətimiz dövlət deyil, onun ərazisini parçalamaq, dövlət quruluşunu dəyişdirmək olar, amma onların öz dövlətlərinə heç kəs kəm baxa bilməz. Ya da bizim ölkədəki ekstremistlər “əziz-xələf”dir, “azadlıq aşiqləri”dir, öz ölkələrindəki eyni çaırışları edən adamlar isə cəzalandırılmalı olan terrorçulardır.

Sabah Almaniyanın hansısa torpağında separatçılıq hərəkatı baş qaldırsa və başqa ölkələrdən olan jurnalistlər gedib o “respublika”nın liderlərindən müsahibə alsalar, rəsmi Berlin bu davranışa dözərmi? Dözməz. Sərt bəyanatlar verər. Amma Almaniyanın “ZDF” kanalının əməkdaşları özünü Qarabağdakı qondarma rejimin “dövlət naziri” adlandıran Ruben Vardanyandan müsahibə alır və o, Azərbaycanın konstitusion quruluşuna qarşı olduğunu gizlətmir, Almaniya dövləti isə buna görə səslənən iradları qəbul etmir. Sanki belə olmalıdır.

Hazırda dünyadakı bir çox hərbi münaqişələrin, qanlı qarşıdurmaların kökündə nə vaxtsa tətbiq edilmiş ikili standartlar durur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR