İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda vətəndaşlara ictimai yerləri minalamaq təklifi edilir

611 04.04.2024 11:41 Dünya A A

Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti respublika vətəndaşlarını “Telegram” messencerində yayılan təxribat xarakterli mesajlara uymamağa çağıran bəyanat yayıb.

Musavat.com nuz.uz-a istinadla xəbər verir ki, son zamanlar dünya ölkələrində baş verən terror aktları fonunda Özbəkistanın və qonşu ölkələrin ayrı-ayrı sakinlərinə internet vasitəsilə pul mükafatı müqabilində ictimai yerləri, o cümlədən ticarət və əyləncə mərkəzlərini, məktəbləri və digər ictimai yerləri minalamaq təklifi ilə mesajlar daxil olub.

Çox vaxt təxribat xarakterli mesajlar Telegram messencerində göndərilir. Naməlum şəxslər müxtəlif məbləğlərdə pul ödəyəcəklərinə, silah-sursat verəcəklərinə və fəaliyyət planı göndərəcəklərinə söz verirlər, təxribatçılar isə, bir qayda olaraq, imtinalara reaksiya vermirlər.

Ən pisi odur ki, təcavüzkarlar ən çox uşaqlara yazırlar. Onlar bir sıra hallarda guya uşaq haqqında bütün məlumatları bildikləri ilə təhdid edirlər. Təxribatçıların fotoşəkilləri yoxdur və onların nömrələri gizlədilir.

Özbəkistan Daxili İşlər Nazirliyi belə mesajlar aldıqda təşvişə düşməməyi və onları ictimai çatlara, tanışlara və dostlara göndərməməyi, 102-yə zəng edərək dərhal daxili işlər orqanlarına məlumat verməyi, mesaj göndərənləri bloklamağı, onlarla yazışmalara və söhbətlərə girməməyi tövsiyə edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR