İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda 5 çinarı kəsən 4 adam həbs cəzasına məhkum edilib

400 17.05.2024 12:25 Dünya A A

Dörd cinayətkar varlanmaq məqsədilə beş çinar ağacını kəsərək satmaq istəyiblər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, onlar cinayət başında yaxalanıb və həbs ediliblər.

Daşkənd vilayətinin ətraf mühit idarəsinin mətbuat xidməti bu işin təfərrüatlarını açıqlayıb.

Bir vətəndaş gexə vaxtı ağacları kəsib odun kimi satmaq fikrinə düşüb və cinayət ortaqlarını taparaq, onlarla birlikdə elektromişar vasitəsilə Daşkənd vilayətindəki sovxoza məxsus çinar ağaclarını kəsib.

Onlar kəsdikləri ağacları kirayə götürdükləri maşına yükləyiblər və Daşkəndin məşhur taxta bazarına aparıblar. Amma yolda onların yük maşını hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ekspertiza nəticəsində məlum olub ki, 5 çinar ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda maddi ziyan dəyib.

Məhkəmə cinayətkarlara hökm oxuyub. Ağac kəsmənin təşkilatçısı ağacları və ya digər bitkiləri qanunsuz kəsmə, külli miqdarda ziyan vurma ittiham ilə edilib və iki il müddətinə azadlıqdan məhrum olunub. Onun üç şəriki də həbsə məhkum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR