İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbək deputatdan rus siyasətçiyə cavab: “6 milyon hərbçi səfərbər edə bilərik”

1112 27.12.2023 15:48 Dünya A A

“Yüksalış” milli hərəkatının lideri və deputat Babur Bəymuradov bildirib ki, Özbəkistan xarici təhdidlərə cavab olaraq 6 milyon hərbçini səfərbər etməyə qadirdir.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, Bəymuradov deyib: "Biz güclü ölkəyik, təhdidlərə və təcavüzə cavab vermək iqtidarındayıq. İndi bizim ordu MDB ölkələri arasında hərbi qüdrətinə görə üçüncüdür və Vətəni müdafiə etməyə hər zaman hazır olan 50 mindən çox yüksək döyüş ruhlu əsgərimiz var".

Bəymuradov bu sözləri keçmiş hərbçi, hazırda partiya sədri olab Zaxar Prilepinin keçmiş SSRİ ərazilərinin, xüsusən də Özbəkistanın Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı sözlərinə reaksiya olaraq deyib.

Yada salaq ki, Rusiyanın Özbəkistandakı səfiri, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Z.Prilepinin bəyanatını şərh edərək bildiriblər ki, Rusiya Özbəkistanın müstəqilliyini və ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb. ölkələr suverenliyə hörmət, müdaxilə etməmək, dostluq və mehriban qonşuluq əsasında qurulur.

Onu da bildirək ki, SSRİ dağılandan bəri rusiyalı siyasətçilər və keçmiş hərbçilər tez-tez “SSRİ-nin bərpası” məsələsini qaldırırılar və bu zaman fərqinə varmırlar ki, SSRİ-ni təsis edən keçmiş respublikalar bunu istəyirlər, yoxsa yox. Dolayısı ilə onlar bu dövlətləri Rusiyanın subyekti sayırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR