İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən həftə fransız hakimlərin uduzdurduğu “Qarabağ”ın “qisas”ı...

4829 15.09.2022 23:06 İdman A A

Bu, hüznlü və qürurlu günlərdə “Qarabağ” millətin üzünü yenə güldürdü. Hər kəsin ən çoxu heç-heçə gözlədiyi matçda Ağdam klubu Fransanın “Nant” klubunu 3 cavabsız qolla darmadağın etdi.

Bundan əvvəl Almaniyanın “Frayburq” klubu ilə çox üstün futbol oynayan (azı 75 dəqiqə hücumda) “Qarabağ”ın belçikalı əsas hakim və VAR-da oturan fransız hakimlər tərəfindən uduzdurlması açıq-aşkar fakt idi. Rəqibin xeyrinə əsassız penalti təyin edən, “Qarabağ”ın hücumçusuna cərimə meydançasının içində kobudluq edilməsini “görməyən” hakimin və VAR-ın hesabına “Qarabağ” həmin oyundan 1:2 hesabıyla məğlub ayrılmışdı.

Furbolsevərlər yarızarfat-yarıgerçək deyirdilər ki, komandamız bu məğlubiyyətin əvəzini Bakıda fransız klubunu – “Nant”ı məlub etməklə çıxmalıdır.

Elə də oldu. Keçən həftə Yunanıstan çempionu “Olimpiakos”u minimal hesabla məğlub edən “Nant” Qarabağla oyunda cəmi 15-20 dəqiqə başabaş (hətta bir qədər üstün) oynaya bildi. Sonra bu komandanın dönərgəsi döndü. “Qarabağ” birinci hissənin yarısından sonra rəqibi ilə “təkqapıya oyun” oynamağa başladı, ancaq futbolçularınız qol vura bilmədilər.

İkinci hissədə isə olanlar oldu. “Qarabağ” ard-arda 3 qol vurdu, bir neçə qol imkanını da qaçırdı.
Hakim briqadasının oyunu idarə etmək tərzinin əla olduğunu qeyd edə bilərik. Əgər hakimlər həmişə belə olsalar, tərəf tutmasalar, o zaman “Qarabağ” Avropada daha irəlilərə gedə bilər.

Bu komanda qürur mənbəyimizdir, qırışığımızı açan komandadır, milli komandadır.

Bir dəfə onu ordumuzun bir taqımı adlandırmışdıq. Bu gün “Qarabağ” sübut etdi ki, elə də var.

Bugünkü oyuna şəhidlərin əziz xatirəsi üçün qara köynəkdə çıxan baş məşqçi Qurban Qurbanov yenə ənənəvi təmkini, fəhmi, zabitəsi ilə Azərbaycan insanına ruh verdi.

Yaşa “Qarabağ”, yaşa, Qurban Qurbanov!

Allah şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR