İnsanlara hürriyət, millətlərə istiqlal!

Ostin və Umerov Ukraynanın hərbi ehtiyaclarını müzakirə ediblər

444 12.11.2023 00:52 Dünya A A

Ukraynanın müdafiə naziri Rüstəm Umerovla amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə ukraynalı nazir feysbukda bildirib.

“Səhər ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə danışırdım. Söhbətimiz zamanı Rusiya ballistik raketlərlə Kiyevə hücum etdi. Söhbət əsnasında ABŞ-yə verilmiş hava hücumundan müdafiə sistemlərinə görə nazir Ostinə təşəkkür etdim”, – Umerov qeyd edib.

Umerov əlavə edib ki, söhbət zamanı o, Ostinə cəbhədəki mövcud vəziyyət və Ukraynanın hazırkı ehtiyacları barədə məlumat verib.

Bundan əlavə, tərəflər Ukraynanın qələbəsini təmin etmək üçün atacaqları konkret addımları müzakirə ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR