İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqanesyan: “Azərbaycanlı hərbçilərə amansızlıq Ermənistanın imicinə zərbədir”

2703 14.04.2023 15:55 Son xəbər A A

Yolu azaraq Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçən 2 Azərbaycan hərbçisini, tutularkən ağır işgəncələrə məruz qalması hətta bəzi erməniləri belə dilə gətirib.

Turkustan.az xəbər verir ki, erməni təhlilçi Samvel Oqanesyan bugünkü məqaləsində azərbaycanlı hərbçilərə qarşı amansızlıq göstərilməsini Ermənistanın imicinə zərbə adlandırıb.

Məqaləd bildirilir ki, “Aqşin heç də “Terminator” deyildi. Onun əsgər yoldaşı Hüseyn iki gün dağlarda, meşələrində sərgərdan gəzib, sonra 2 vətəndaş tərəfindən saxlanılıb. Azərbaycanlı hərbçi kifayət qədər sərt şəkildə saxlanılıb – onu yerə uzadaraq, başından və qarnından təpikləyiblər, üzündə sıyrıqlar görünürdü. Sonradan polisə aparılıb və güman edirəm ki, orada da ona qarşı xoşagəlməz rəftar ediblər.

Hələ dəqiq deyə bilmərəm, Azərbaycan hərbçiləri Ermənistan ərazisinə qəsdən soxulan diversantlar olublar, dumanda itiblər, yaxud öz hərbi hissələrindəki zorakılıqdan qaçıblar... “İstintaq hər şeyə cavab verəcək” demək istəyirdim, amma sonra düşündüm ki, bizim reallıqda belə deyil – istintaq çox vaxt hakimiyyətin ondan istədiyi və ya korrupsioner maraqların diktə etdiyi cavabları verir. Başqa bir ölkənin, xüsusən, düşmənin məhkəməsi haqqında nə deyə bilərik!

Başa düşürəm ki, mahnıda deyildiyi kimi, “düşmən həmişə düşmən olaraq qalacaq, onunla çörəyi bölüşmə, onu evə çağırma”. Lakin azərbaycanlı oğlana göstərilən nümayişkaranə amansızlıq bizə heç bir qiymət vermir. Bunu təkcə azərbaycanlılar deyil, başqa millətlərin sakinləri də görür. Hüseynin döyülməsinin bu kadrları dünyanın “güc mərkəzlərində” də görünür. Onlar hansı nəticələr çıxaracaqlar? Deyəcəklər ki, ermənilər vəhşidir, canavardır. Üçüncü şəxslərin gözündə süniklilərin hərəkətlərinə haqq qazandırmaq olmaz” – Məqalədə deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR