İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK-dən BMT tədbirinin yekun sənədinə ETİRAZ

480 09.12.2023 20:17 İqtisadiyyat A A

OPEK BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının yekun sənədinin mətninə etiraz edib.

Musavat.com xəbər verir ki, bu etiraz OPEK-in baş katibi Heysəm əl-Qeysin bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, konrans iştirakçıları istixana qazlarının emissiyalarının azaldılması üçün “real yanaşmalar” tapmalıdırlar: “Bizim emissiyaların həlli üçün iqtisadi artıma təkan verəcək, yoxsulluğun aradan qaldırılmasına və eyni zamanda davamlı inkişafa nail olacaq real yanaşmalara ehtiyacımız var”.

Baş katibin sözlərinə görə, emissiyaların azaldılmasına bu cür yanaşmalar “bütün növ enerji və bütün texnologiyalardan istifadəyə əsaslanmalı, həmçinin ədalətlilik və fərqli məsuliyyət prinsiplərinə uyğun olmalıdır”.

Daha əvvəl əl-Qeys alyans üzvlərini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP28) Tərəflərinin 28-ci Konfransının yekun sənədinə daxil edilməsi təklif olunan qalıq yanacaqlardan mərhələli şəkildə imtina olunması ilə bağlı bütün təklifləri rədd etməyə çağırıb. Baş katib OPEK-ə üzv olan on üç ölkənin, eləcə də OPEC+ sazişinə qoşulmuş on ölkənin nümayəndə heyətlərinə müvafiq məktub göndərib.

Qeyd edək ki, dekabrın 8-də axşam İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi (FCCC) mədən yanacaqlarının gələcək istifadəsi üçün bir neçə variantı, o cümlədən onlardan mərhələli şəkildə imtina ilə bağlı müddəaları özündə əks etdirən COP28 yekun sənədinin layihəsini açıqlayıb.

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (FCCC) Katibliyi tərəfindən yayılan sənədin əsas bölməsində mədən yanacaqlarından mərhələli şəkildə imtina ilə bağlı dörd variant təklif edilir. Yaxın günlərdə bu təkliflər müzakirəyə çıxarılacaq. Sənədin parametrləri üzrə yekun danışıqları aparan COP28 iştirakçıları sammitin sonuna qədər konsensusa gəlməli olacaqlar - ya variantlardan birini qəbul etmək, ya da bu bəndi mətnin yekun variantından tam çıxarmaqla bağlı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR