İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onu qulağından divara mıxlayaram" - Roza Zərgərli

4782 23.12.2023 23:43 Şou-biznes A A

Müğənni Roza Zərgərli "MTV Azərbaycan"da yayımlanan "Gün işiığında" proqramının qonağı olub.

Sənətçi verdiyi açıqlama ilə diqqət çəkib. O, gənc həmkarlarından narazılığını dilə gətirib.

Roza Zərgərli dəstək olduğu həmkarından gileylənib:

"Hər şeyin öz qaydası var. Özümdən böyüklərə və məndən əvvəl bu sənətdə olanlara "siz" deyə, müraciət edirəm. Mənim evimə qonaq gəlsəniz, sizə sən desə, onu qulağından divara mıxlayaram. 5 yaş böyük şəxsə "siz" deyə müraciət olunmalıdır. Bəlkə, keçmişdə qalmışam. İnsanın daxili tərbiyəsi, qadağaları olmalıdır. Hörmət bilən gənclər başımın tacıdır. Yerini bilməyən və bir mahnı ilə özlərini ulduz sananlara qarşıyam. Gənclərin arasında dəstək olduğum biri var idi. Eyni vaxtda məşğələlərə gedirik. Həmin zaman onun üçün Roza xanım idim. Təqdimatında yer alan azsaylı məşhurlardan biri olmuşam. Aylar sonra məni görəndə "Rozıçka" deyə, müraciət etdi. Ona sual ünvanladım ki, nə tez belə oldum?! İllər boyu səhnədə külüng vuran ifaçıya hörmətsizlik etmək olmaz". (milli.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR