İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onların yaşamağa haqqı yoxdur, atom bombası ata bilərik" - ŞOK

2389 05.11.2023 13:09 Dünya A A

Qəzza zolağına nüvə bombası atmaq mümkün seçimlərdən biridir.

Musavat.com xəbər verir ki, bu sözləri İsrailin mədəni irs naziri Amihay Eliyahu "Radio Kol Berama"ya müsahibəsi zamanı deyib.

Qəzzanın mövcud olma haqqının olmadığını bildirən israilli nazir Fələstin və HƏMAS bayrağı daşıyan heç kəsin yer üzündə yaşamağa haqqı olmadığını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə Eliyahunun Qəzza zolağına nüvə bombası atmağın mümkün olması ilə bağlı iddiasını dərhal rədd edib. 

Sərt reaksiyalarla üzləşən Eliyahu da sözügedən açıqlamalarından bir neçə saat sonra “atom bombası ilə bağlı şərhinin məcazi mənada olduğunu” qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR