İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onların Aygün Kazımovaya etdiyi rəqabət yox, rəzillikdir"

2452 20.01.2024 22:43 Şou-biznes A A

Müğənni Damla Xalq artisti Aygün Kazımovanın instaqram hesabının oğurlanmasına münasibət bildirib.

"Xəbərin var?" proqramında bu haqda danışan Damla bunları əlavə edib:

"Aygün Kazımovanın səhifəsinin bağlanması bilmirəm buradan edilib, yoxsa başqa ölkədən. Düşünürəm ki, normal, şüuru, zehni olan bunu etməz. Bunun harası rəqabətdir? Kimisə yıxım, tapdalayım ki, rəqabətdir? Rəzillikdir, rəqabət yox. Bilirsiniz nəyə bənzəyir: mən sən ola bilmirəm, bacarmıram. Ancaq gücüm buna çatır. Yara keçib gedir. Sən bundan sonra Allahın səndə açdığı yaralara bax. Heç kimin haqqına girə bilmərəm. Bilmirəm kim edib. Xarici hakkerlərin hücumudur, yoxsa sapı özümüzdən olan paltalardır".

Qeyd edək ki, A.Kazımovanın 1,4 milyon izləyici olan instaqram hesabı bir neçə gün əvvəl oğurlanıb. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR