“Azərbaycan deyir ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilkin şərtdir və bundan sonra ən azı daha bir neçə şərt irəli sürəcəklər. Sərhəddəki atışma göstərir ki, “hələ bunu, bunu, bunu verməlisən” deyirlər”.
Musavat.com xəbər verir ki, bu iddia Ermənistan parlamentinin revanşist deputatı Artur Xaçatryan tərəfindən gəlib.
Xaçatryan həyasızlıqla sərhəddə baş verən son insidentin Azərbaycan tərəfindən törədildiyini deyib. O, bununla Azərbaycanın öz tələblərində dayanmayacağını bildirib.
“Heç bir həll yolu yoxdur. Ver, ver, yaxşı - nə qədər verim? Azərbaycanın qırmızı xətti nədir? Onlar (Ermənistan hakimiyyəti - red.) qeyd-şərtsiz təslim olmağa razılaşıblar, qırmızı xətt hanı?”, - deyə Artur Xaçatryan qeyd edib.
Musavat.com