Azərbaycan mövqeləri atəşə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", - Məlumatda qeyd olunur.
Musavat.com