İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyası Krımı "Rusiyanın ərazisi" kimi tanıya bilər – İddia

258 17.03.2025 23:40 Dünya A A

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması üçün Krımın “Rusiyanın ərazisi” kimi tanınması məsələsini nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, Semafor nəşrinin məlumatına görə, Trampın komandası ABŞ-ın BMT-yə də eyni addımı atmağı tövsiyə etməsi məsələsini də müzakirə edir.

Bu informasiya martın 18-də Tramp və Putin arasında gözlənilən telefon danışığı fonunda yayılıb. ABŞ-dakı siyasi dairələrdə Trampın Rusiyaya qarşı siyasətinin yumşalacağı ilə bağlı ehtimallar güclənir.

Rəsmi açıqlamalar hələlik verilməsə də, mövzu dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Gəlişmələr izlənilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR