Zelenski: “Uzun mənzilli ‘Neptun’ zərbələrinin nəticələrindən məmnunuq”
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski yeni nəsil “Uzun Neptun” raketlərinin tətbiqi ilə bağlı müzakirələr aparıldığını və əldə edilən nəticələrin qənaətbəxş olduğunu bildirib.
“Deyə bilərik ki, zərbələrin nəticələrindən məmnunuq. Lakin daha çox raket və dron istehsal etməliyik. Bu həftə tərəfdaşlarımızla bu barədə danışacağıq”, – deyə Zelenski vurğulayıb.
Prezident bu açıqlamanı Ali Baş Komandanın qərargahında keçirilən iclasda verib və Ukraynanın hücum qabiliyyətini artırmaq üçün istehsal gücünü genişləndirməyə çalışacağını qeyd edib.
Mövzu ilə bağlı əlavə detalların açıqlanacağı gözlənilir.
Musavat.com