Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın hava, dəniz və cəbhədə atəşkəslə bağlı təklifinin bir həftədir masada olduğunu, lakin Putinin buna cavab vermək iqtidarında olmadığını bildirib.
“Sabah bu təklifin təqdim olunmasından düz bir həftə ötəcək. Onu çoxdan icra etməyə başlamaq olardı. Müharibə şəraitində hər gün insan həyatıdır. İndi artıq dünyada hamıya, hətta üç ildir həqiqəti qəbul etmək istəməyənlərə də aydındır ki, məhz Putin bu müharibəni uzadır. O, bir həftədir ‘bəli’ deyə bilmir”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, bu təklif müharibənin diplomatik yolla dayandırılması və təhlükəsizliyin təmin edilməsi üçün vacibdir, lakin Rusiya buna məhəl qoymur. Ukrayna lideri beynəlxalq ictimaiyyəti Moskvaya təzyiqləri artırmağa çağırıb.
Musavat.com