İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar cinayət törətməsələr belə eyni cəzanı alırlar — Vəkil açıqladı

649 10.06.2026 01:23 Ölkə A A

Cəmiyyətdə bəzən belə yanlış təsəvvür yaranır ki, cinayəti birbaşa icra etməyən, sadəcə ideya verən və ya buna təkan verən şəxs məsuliyyətdən kənarda qala bilər. Lakin hüquq sistemi bu məsələyə tam fərqli yanaşır və cinayətin arxasındakı gizli qüvvələrin aşkar edilərək cəzalandırılmasına xüsusi diqqət yetirir. Cinayət törədilməsinə rəvac verən, başqalarını qanunazidd əməllərə sövq edən şəxslərin hüquqi məsuliyyəti qanunvericilikdə kifayət qədər ciddi tənzimlənir.

Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, qanunvericiliyə görə cinayətin törədilməsinə təhrikçilik edən şəxs cinayəti törədən icraçı ilə eyni dərəcədə məsuliyyət daşıyır:

"Yəni cinayəti öz əli ilə etməsə belə o da eyni cinayət maddəsi ilə ittiham olunur və eyni cəzanı alır. Məsələn əgər bir şəxs başqasını ağır yaralamağa sövq edibsə icraçı neçə il həbs cəzası alacaqsa təhrikçi də təxminən o qədər cəza ala bilər çünki onun bu hərəkəti cinayətin yaranma səbəbidir.

Cəzanın dərəcəsi birbaşa təhrik edilən cinayətin ağırlığından aslıdır. Əgər söhbət yüngül bir xətadan gedirsə cəza sadəcə pul cəriməsi və ya islah işləri ola bilər. Lakin təhrik edilən əməl ağır və ya xüsusilə ağır cinayətdirsə bu zaman həmin şəxsi uzun müddətli azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə cəza təyin edərkən təhrikçinin icraçıya necə təsir etdiyini və hansı üsullardan istifadə etdiyini mütləq nəzərə alır.

Əgər təhrikçi cinayəti törətmək üçün şantaj hədə-qorxu rüşvət və ya aldatma yollarına əl atıbsa bu vəziyyət onun cəzasını daha da ağırlaşdırır. Həmçinin yetkinlik yaşına çatmayan uşaqları cinayətə sövq etmək qanunda xüsusi bir ağırlaşdırıcı hal kimi qeyd olunur və belə şəxslər qanunun ən sərt üzü ilə cəzalandırılır. Bir sözlə başqasını cinayət yoluna salmaq hüquqi baxımdan cinayəti icra etmək qədər təhlükəli və ağır nəticələr doğuran bir hərəkətdir",- deyə o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR