İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar bu faciənin olacağını bilirdilər” - Aleksandr Vuçiç

1097 23.03.2024 12:49 Dünya A A

Serbiya prezidenti Aleksandr Vuçiçə görə, ABŞ və Böyük Britaniya səfirliklərinin öz vətəndaşlarını Moskvadakı ticarət mərkəzinə getməməyə çağırması onların kəşfiyyat xidmətlərində mümkün terror aktları ilə bağlı məlumatın olduğunu göstərir.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Dnevnik” portalı məlumat yayıb.

“Terrorçuların məsuliyyətə cəlb ediləcəkləri ümidi ilə Rusiya vətəndaşlarına və rəhbərliyinə səmimi başsağlığımı bildirmək istəyirəm”, - deyə Aleksandr Vuçiç bildirib.

Vuçiç martın 7-də ABŞ səfirliyinin öz vətəndaşlarına Moskvadakı ticarət mərkəzlərinə getməməyə çağırmasına diqqət çəkib.

“Bəzi başqa səfirliklər bunu sonradan ediblər. Bu o deməkdir ki, onların xidmətləri müəyyən söhbətlərə müdaxilə edirdi və onlar bunun gələcəyini bilirdilər. İstənilən halda, bu, faciəvi bir hadisədir, nəticəsi ölçülməzdir. Biri deyəcək ki, islamçıdırlar, kimsə deyəcək ki, Kiyev. Bəziləri hətta deyəcək ki, bunu Moskva edib. Bununla belə, Ukraynada münaqişənin daha da genişlənəcəyi, hərtərəfli müharibəyə yaxınlaşacağı şübhəsizdir. Ortada bir super güc var (ABŞ deyil) və o, bu cür işləyir. Görək, Bortnikov terror aktı ilə bağlı nə deyəcək. Terrorçuların İnquşetiyadan və ya Dağıstandan, hətta Ukraynadan olması əsl təşkilatçının kimliyini üzə çıxara bilməz”, - deyə Serbiya prezidenti qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR