İnsanlara hürriyət, millətlərə istiqlal!

Önəmli həftə başlayır: 2 bürc ev alacaq, 2-si işsiz qalacaq, digərləri isə...

11620 03.06.2024 17:17 Astrologiya A A

Türkiyəli astroloq Hande Kazanova 3-9 iyun tarixləri üçün 12 bürcü şərh edib.

Astroloqun sözlərinə görə, həftə ərzində təhlükəsizlik və maliyyə məsələləri gündəmə gələ bilər. Başqalarına kömək etmək və yaradıcı layihələr üçün uğurlu dövr ola bilər. Merkurinin Əkizlər bürcünə keçməsi ilə ünsiyyət, yazı və təhsil, xoşbəxtlik, zənginlik məsələləri ön plana çıxır.

Qoç - Bu dövrdə yaxşı qazanc əldə edə bilərsiniz. Yaxın ətrafınızdan birinə aşiq ola, yaxud texnoloji tətbiqlər vasitəsilə biri ilə tanış ola bilərsiniz. Bu dövrdə gəliriniz kimi, xərcləriniz də çox olacaq.

Buğa - 15 gün ərzində maliyyə məsələlərində həll yolunda hərəkət edəcəksiniz. İyunun 4-ü təhsil həyatınız, səyahətlər və qısamüddətli planlarınızda şansınız ola bilər. Maliyyə məsələlərində yeni addımlar atmaq istəyirsinizsə, iyunun 6-sı yeni Ayı gözləyin.

Əkizlər - Özünüzü təkmilləşdirmək və təhsil almaq istəyirsinizsə, cümə axşamı yeni Aydan sonra hərəkət edə bilərsiniz. İyunun 3-4-də xarici işlər və eşq həyatınızla bağlı məsələlər ön planda olacaq.

Xərçəng - Əgər əcnəbi insanlarla və xarici şirkətlərlə korporativ həyatınız varsa, buradan yaxşı xəbərlər gələ bilər. Bazar günü Mars Buğa bürcünə keçir, sosial çevrəniz aktivləşir.

Şir - Bu həftə yeni işlərə başlamaq üçün potensialınız yüksəkdir. Cümə axşamı yeni iş imkanlarını araşdırmaq üçün hərəkətə keçmək sizi daha çox xoşbəxt edəcək.

Qız - Bu həftə sosial məsələlərlə bağlı olacaq və iş həyatınızda sizdən danışılacaq. İş axtaranlara müjdəli xəbərlər olacaq. Evlənməyi düşünürsünüzsə, bu yeni Aydan siz də faydalana bilərsiniz.

Tərəzi - Pulla bağlı probleminiz ola bilər və bu pulu yığmaq üçün mübarizə apara bilərsiniz. Əgər tələbəsinizsə, bu semestrdə verdiyiniz imtahanlardan istədiyiniz nəticəni əldə edəcəksiniz.

Əqrəb - Merkurinin pul sahələrinizə keçməsi ilə vergi, kredit, faiz, aliment və mirasla bağlı məsələlər aktivləşə bilər. Cümə axşamı günü yeni Ay ilə bu sahədə mühüm qərarlar verə bilərsiniz. Əməkdaşlıq şansınız yüksək olacaq.

Oxatan - Günəşin Venera ilə birləşməsi şəxsi həyatınızda gözəl inkişaflar gətirəcək. Dost olaraq gördüyünüz birinə aşiq ola bilərsiniz. Evliliyə addım atmaq və kiməsə evlilik təklifi etmək üçün çox əlverişli zamandır, lakin sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.

Oğlaq - Bu dövrdə yaxın ətrafınızdan inciklik hiss edə bilərsiniz. İş, xidmət və sağlamlıqla bağlı məsələlərdə şanslı bir dövr olsa da, eşq həyatınızda çətin bir dövr başlayır.

Dolça - Sevginin ön planda olduğu bir dövrdür. Bu mənada bazar ertəsi və çərşənbə axşamı günlərindən yaxşı istifadə edin. Yaradıcı işlərdə bacarıqlarınızı vurğulaya bilərsiniz. İdman üçün əlverişli dövrdür.

Balıq - Eviniz, təsərrüfatınız və ailənizlə bağlı məsələlərdə mühüm inkişaflar altındasınız. Həyatınıza yeniliklər gətirmək baxımından uzunmüddətli və qalıcı nəticələr əldə edə bilərsiniz. Həftə sonu sağlamlıqla bağlı problemlər ola bilər. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR