İnsanlara hürriyət, millətlərə istiqlal!

Önder Karaveli Qurban Qurbanovla görüşdü

815 30.08.2022 16:12 İdman A A

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib.

Qol.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb və ona növbəti oyunlarda uğurlar arzu edib. Qurban Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.

Qeyd edək ki, bir zamanlar "Qarabağ"ın akademiyasında koordinator işləmiş mütəxəssis hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru (futbol gelişim direktörü) olaraq çalışır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR