İnsanlara hürriyət, millətlərə istiqlal!

"Öncə ruhu küsdü, sonra bədəni... "

1272 01.10.2022 20:12 Şou-biznes A A

Tanınmış aparıcı Leyla Quliyeva da müğənni Rəhim Rəhimlinin qəfil ölümü haqda yazıb.

Musavat.com bildirir ki, aparıcı "İnstagram" səhfəsində qeyd edib:

“Kimisə itirəndə anlayırıq onun dəyərini, istedadını. Heç kimi günahlandırmaq da olmur. Səhnə çox amansızdır. Gah başgicəllənməyə qədər şöhrət və tələbatlılıq gətirir, ucaldır, gah da elə o ucalıqdan sükuta, uçuruma aparır. Səhnə işıqlı olduğu qədər də zülmətdir. Bəzən həddən artıq yaradıcı olanlar bu zülmət labirintdən çıxa bilmir. Rəhim Rəhimli təpədən dırnağa musiqi idi. Şou adamı, fərqli, zövqlü və çox həssas idi. Dözmədi. Öncə ruhu küsdü, sonra isə bədəni. Allah rəhmət eləsin”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR