İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümündən 24 il sonra Barış Mançonun vəsiyyəti AÇIQLANDI

2011 01.02.2023 04:25 Şou-biznes A A

Türkiyənin əfsanəvi müğənnisi, Anadolu rok və pop ustadı Barış Mançonun vəsiyyəti açıqlanıb.

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəfatının ildönümü ərəfəsində sənətçinin xanımı bildirib ki, Barış Manço “2023” adlı əsərini simfonik orkestrin müşayiəti ilə səsləndirməyi planlayırmış:

“Barış deyirdi ki, 2023-cü ildə 80 yaşı olacaq. O zaman, bəlkə də, Doğukanın (oğlu) qolunda səhnəyə çıxacaq, ancaq simfonik orkestrin müşayiəti ilə “2023” əsərini ifa edəcək. Biz bunu vəsiyyət kimi qəbul etmişik və bizim üçün yerinə yetirilməsi mütləq olan bir əmrdir. Barış Mançonu 2023-cü ildə mütləq şəkildə səhnəyə çıxaracağıq və simfonik orkestrin müşayiəti ilə “2023”ü dinləyəcəyik”.

Sənətçinin xanımı Lalə Manço bildirib ki, musiqi əsəri Barış Mançonun “qayalar oğlu” ifadəsi ilə poetik proloqla başlayır və çox təsirlidir:

“2023” əsəri çox maraqlı kompozisiyadır. Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr olunub. Bu əsər cümhuriyyətin gücünə və necə ayağa qalxacağına inamın göstəricisidir”.

Barış Manço həmin əsəri 50 il bundan əvvəl bəstələyib və “2023”lə bağlı ilk dəfə 1999-cu ildə Yaponiyanın Osaka şəhərində verdiyi konsertdə danışıb:

“Mahnımızın adı “2023”dür. Cümhuriyyətimizin 2023-cü ildə 100 yaşı olacaq. Həmin il mən 80 yaşında olacağam. 2023-cü ildə yenidən buraya- Osakaya gəlmək istəyirəm. Həmin əsəri burada səsləndirmək arzumdur”.

Qeyd edək ki, Barış Manço 2 yanvar 1943-cü ildə İstanbulda anadan olub, 1 fevral 1999-cu ildə İstanbulda vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR