İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə həyəcan təbili: meyitlər başqa bölgələrə göndərilir

4742 28.06.2026 03:13 Dünya A A

Fransada dəfn xidmətləri gözlənilməz yüklənmə ilə üzləşib. Musavat.com xəbər verir ki, xüsusilə Parisdə vəziyyətin daha ağır olduğu bildirilir.

Fransanın Milli Dəfn Xidmətləri Federasiyasının baş nümayəndəsi Elizabet Şarrye bildirib ki, iyunun 27-dən etibarən Parisdə fəaliyyət göstərən iki dəfn bürosu tam dolub.

Onun sözlərinə görə, belə vəziyyət adətən epidemiya dövründə, məsələn, ötən ilin yanvarında müşahidə olunan qrip dalğası zamanı baş verirdi. Lakin iyun ayında belə bir vəziyyətin yaranması qeyri-adi hesab olunur.

Şarrye qeyd edib ki, Fransanın digər bölgələrində də ölənlərin sayında artım müşahidə olunur, lakin ən ciddi vəziyyət məhz Parisdə qeydə alınıb.

Parisdə fəaliyyət göstərən "Family Obseques" dəfn bürosunun direktoru Fabien Yuq da vəziyyəti çox çətin adlandırıb. Onun sözlərinə görə, şirkət daxil olan müraciətlərin bir hissəsini ölkənin digər bölgələrinə, əsasən Normandiya və Er-et-Luar departamentlərinə yönləndirmək məcburiyyətində qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR