İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə boşanmaların sayı niyə artır və bunun qarşısını necə almaq olar?

1489 05.09.2022 13:37 Sosial A A

Məlum olduğu kimi, ölkədə boşanmaların sayı durmadan artmaqda davam edir. Bu hal, xüsusən erkən nikah dövründə olan gənc nəslin nümayəndələri arasında baş verməklə yanaşı, orta hətta bəzi hallarda, yaşlı nəslin nümayəndələri arasında da rast gəlinməkdədir.

Belə ki, məhkəmələrdə olan mülki işlərin statistik göstəricilərinə diqqət etsək görərik ki, "nikahın pozulması, aliment və uşaq tələbi" üzrə iddialar daha çox üstünlük təşkil edir və bu istimamətə hər il artım dinamikası müşahidə olunmaqdadır.

Bəs bunun qarşısını qanunvericilik baxımından necə almaq olar?

Bildiyimiz kimi, qanunevricilik cəmiyyətdə insanlar arasında olan icrtimai münasibətləri nizama salan normaların məcmusudur. Məhz həmin normaların imperativ göstərişlərinə əsaslanaraq bu və ya digrə münaisbətlərin tənzimlənməsi baş verir.

Qanunvericilik, nikahın (nikaha daxil olmanın) könüllülük prinsipinə və nikaha daxil olan hər iki tərəfin (ər və arvadın) istəyi və razılığına əsaslanaraq mümkünlüyünü bəyan edir. Həmçinin qanunvericilik, həmin nikahın gələcəkdə tərəflərdən birinin sadəcə istəyi ilə, maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) məhkəmə qaydasında pozulmasına imkan verir.

Yəni nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə (münaibətlərin pozulması, xasiyyətlərin uyğun gəlməməsi və sair.), digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Bu səbəbləri göstərməsə də belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Qanun bununla bağlı heç bir maneə müəyyən etmir. Bir sözlə, qanunvericilik  nikahın pozulması ilə bağlı, nikahı pozmaq istəyən şəxsin qarışısında hər-hansı ciddi səbəb və əsasların mövcud olması ilə bağlı məhdudiyyət qoymur.

Hesab edirəm ki, bu hal doğru deyildir!

Ona görə ki, ailə cəmiyyətin və dövlətin təməlini təşkil edir. Bu baxımdan hər bir ailənin qorunması və nikah münasibətlərinin ciddi əsaslar olmadan pozulmasına yönələn hərəkətlərin qarşısının alıması üçün nisbədən qanunvericiliklə sərt qaydaların müəyyən edilmələsi zəruridir. Əgər belə olarsa, tərəflərin nikaha daxil olmazdan öncə daha məsuliyyətli olmalarına zəmin yaranmaqla yanaşı, gələcəkdə heç bir ciddi əsas olmadan, boşanmaların qarşısı alınmış olar.

Ona görə düşünürəm ki, artıq bununla bağlı həyacan təbilinin çalınma zamanı yetmişdır və səbəbsiz yerə boşanmaların qarşısının alınması üçün, bu istiqamətdə sivil və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, nisbətən sərt qanunevricilik nomarlarının müəyyən edilməsi və tətbiqi vacibdir.

Təssüflər olsun ki, keçmiş post sovet ölkələrin əksəriyyətində olduğu kimi, bizim ölkəmizdə də heç bir  məhdudiyyət olmadan sadəcə nikahda olan tərəflərdən birinin istəyi ilə, digər tərəflə hesablaşmadan formal əsasla məhkəməyə müraciət etməklə nikah münasibətinə xitam verilməsi yolveriləndir. Bizim ailə qanunvericiliyində bununla bağlı tərəflərin barışığa gəlməsi üçün sadəcə 3(üç) ay müddətində möhlət müəyyən edilmişdir. Ona görə də, mülki məhkəmə icraatı zamanı boşanmanı əngəlləyə biləcək hər-hansı digər prosessual imkanlar mövcud olmadığından, məhkəmələr yalnız tərəflərin barışması üçün həmin müddəti tətbiq etməklə kifayətlənə bilir. Lakin bu müddət bitdikdən sonra, iddiaçı öz iddiasında israrlıdırsa və barışıq əldə olunmayıbsa ailəni qorumaq mümkün olmur və nikaha hər bir halda xitam verilir.

Bu zaman, heç bir ciddi səbəb olmadan öz ailəsinin dağılmasına və uşaqlarından ayrı yaşamasına razı olmayan şəxsin göz yaşları belə məhkəmədə keçərli olmur və ailə hər bir halda dağılmağa məhkum olur.  Dağılmış ailədə böyüyən, ata və ya anasından ayrı yaşamaq məcburiyyətində qalan uşaqların mənəvi aləmi, onların bundan dolayı aldığı psixoloji travması ayrı bir mözudur. Belə ki, bu hal gələcəkdə daha ağır faciələrə yol açan amildir.

Ona görə hesab edirəm ki, nikaha daxil olma könüllülük və tərəflərin istəyi ilə olduğu kimi, nikah münasibətlərinə xitam verilməsi də, hər iki tərəfin könüllü istəyi ilə sərbəst olmaqla yanaşı, əgər tərəflərdən biri, öz aralarında olan nikahın pozulması ilə razı deyilsə, buna qanunveiciliklə ciddi səbəblərin və əsasların olması ilə bağlı məhdudiyyətlər tətbiq olunmalıdır.

İnkişaf etmiş qərb dövlətlərində, ABŞ-nın bəzi ştatlarında, ö cümlədən qardaş Türkiyə Respublikasının qanunvericiliyində nikahın pozulması ilə bağı məhdudiyyət müəyyən edən bir sıra imperativ normalar mövcuddur. Məsələn, Türkiyə Respublikasında məhkəmə qaydasında nikahın pozulması ilə bağlı işə baxılarkən boşanmanı mümkün edə biləcək ciddi arqumentlər (dəlillər) məhkəməyə təqdim edilməsi tələbi vardır. Bu dəlillərin yetərli və əsaslı olması və məhkəmədə sübuta yetirilməsi şərdir. Bu belə olmazsa, iddiaçı tərəfin boşanma ilə bağlı iddia tələbi rədd olunur və nikah qeydinin ləğvi baş tutmur.

Bundan əlavə, ABŞ-da məhkəmə qaydasında boşanma ilə bağlı tələblər müxtəlifdir. Belə ki, bəzi ştatlarda eyni bizim kimi hər-hansı ciddi səbəblər olmadan, yalnız tərəflərdən birinin istəyi əsasında mümkün ola bilir. Lakin bir çox ştatlarda isə, nikahda olan şəxsdən birinin digəri ilə məhkəmə qaydasında nikah münasibətlərinə xitam verilməsi üçün ciddi səbəblərin (xəyanət, təhqir, fiziki zorakılıq, alkoqolizm, narkomaniya və sair ...) mövcud olması tələb olunur. Belə hallar məhkəmədə ciddi araşdırma predmeti olur və əsaslı dəlillər ilə sübut olunmadıqda, nikahın məhkəmə qaydasında pozulması ilə bağlı iddia təmin edilmir. Belə olan halda isə, bəzən boşanma iddiası ilə çıxış edən tərəf, digər tərəfə qarşı böhtan xarakteri manipulyativ addımlara əl atır. Belə ki, bu zaman boşanmaq istəyi olan iddialı tərəf, digər tərəfə qarşı ailəni və uşaqları ağır maddi duruma salmaq əsası ilə çıxış edə bilir. Bəzi hallarda hətta, birgə nikahdan olan uşaqlardan manipulyasiya edilərək, güya digər tərəfin uşağa qarşı seksual qısnama və sair kimi qeyri-əxlaqi hərəkətlərə yol verməsi əsası ilə çıxış edilərək, uşağı valideyinlik himayəsindən məhrum etməyə çalışılır.

Əlbəttə ki, bütün bu kimi hallar məhkəmədə hərtərəfli araşdırma predmeti olur və sübuta yetmədiyi təqdirdə iddianın təmin olunmaması ilə bağlı müvafiq hüquqi nəticəyə gəlinir və nikahın pozulması baş tutmur.

Lakin təəsüflər olsun ki, ölkəmizdə qeyd ediyim kimi boşanma ilə bağlı bu kimi sərt qaydalar qanunvericilikdə nəzərdə tutulmadığından, istənilən formal əsasla şəxsin istəyi əsasında boşanma baş verir və bu hal artaraq davam edir.

Dediyim kimi ailə, cəmiyyətin və dövlətin özəyini təşkil edir və bunu nəzərə alaraq ümidvaram ki, yaxın gələcəkdə sivil ölkələrin qanunvericiliyində olduğu kimi və bu ölkərərin təcrübəsinə əsaslanaraq, qanunevriciliyimizdə də bu istiqamətə mütərəqqi dəyişikliklər olunacaq. Əminliklə bildirirəm ki, əgər bu hal baş verərsə, formal əsasla və səbəbsiz yerə boşanmaların sayı kəskin azalacaq, bundan əlavə qeyri-ciddi münasibətlərə əsaslanan nikahların bağlanmasına yol açan halların qarşısı da qətiyyətlə alınacaqdır.

\\milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR