İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə ayağa qalxdı! - Gizli şəkildə 198 min hektar meşə sahəsi alan milyarder KİMDİR? FOTO

2695 14.01.2024 17:30 Dünya A A

Çinli milyarder Çen Tyançyaonun 85 milyon dollara ABŞ-ın Oreqon ştatında 198 min hektar meşə sahəsini alması ölkədə gündəm mövzusuna çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə "DailyMail" nəşri yazıb.

Qeyd olunub ki, bu, ABŞ-da ikinci ən böyük torpaq alqı-satqısıdır.

Eyni zamanda, 50 yaşlı milyarder Çin Kommunist Partiyasının üzvü və oyun şirkətinin sahibidir. Manhettendə 39 milyon dollarlıq malikanəsi, Los-Ancelesdə isə 25 milyon dollarlıq mülkü olan Tyançyao ABŞ-da ən böyük çinli mülk sahibidir.

Belə ki, ötən bazar ertəsi vergi qeydləri araşdırıldıqdan sonra Çen Tyançyaonun 2015-ci ildə etdiyi alış üzə çıxıb.

Çin Kommunist Partiyasının milyarder üzvünün Amerikada bu qədər böyük torpaq sahəsi alması və bunun qeyd olunmaması ABŞ-da müzakirələr yaradıb. Bu, casusluq və təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edən bəzi qanunvericilərin əks reaksiyasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR