İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölən övladlarına toy etdilər - FOTOLAR

1333 02.06.2024 09:53 Dünya A A

Malayziyada avtomobil qəzasında dünyasını dəyişən cütlüyün valideynləri onların evlilik xəyallarını reallaşdırmaq məqsədilə xəyali nikah təşkil ediblər.

Bu barədə "AsiaOne" məlumat yayıb.

Perak ştatından olan 31 yaşlı Yonq Kenq Şan və 33 yaşlı Li Xeyinq 3 il idi ki, görüşürdülər və evlənməyi planlaşdırırdılar. Lakin mayın 24-də onlar qəzaya düşüblər. Hadisə yerinə gələn tibb işçiləri cütlüyə kömək edə bilməyib. Şan iyulun 2-də ad günündə Xueyingə evlilik təklifi etməyi planlaşdırırmış.

Qohumları nekroloqda gənclərin evli olduğunu qeyd etmək qərarına gəliblər. Mayın 27-də ailələr dəfn mərasimindən əvvəl onlar üçün kabus kimi toy keçirdiblər. Bu ənənəvi ritual həyatları boyu ər-arvad olmaq şansı olmayan sevgililərin ruhlarını birləşdirmək məqsədi daşıyır. Qohumlar Şan və Xueyinqin xüsusi toy fotosunu da çəkdiriblər./baku.ws

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR