İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda meşəlik ərazidə yanğın başlayıb

367 20.08.2022 19:52 Hadisə A A

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib.

 Musavat.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin rəisi Akif  Məmmədovun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR