İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oğlan sözü” serialının aktyoru qətl törədibmiş

568 26.12.2023 14:47 Dünya A A

Moskvanın Zamoskvoretski rayon məhkəməsi 2011-ci ildə qətl törətməkdə şübhəli bilinən Sergey Bazanovu həbs edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bazanov “Oğlan sözü. Asfaltda qan” serialında “Universam” qrupunun üzvü Demidin epizodik rolunu oynayıb.

“Oğlan sözü” serialı üzrə məsləhətçi Robert Qarayev təsdiqləyib ki, onların Sergey Bazanov adlı aktyoru var, amma Qarayev onun saxlanılan Bazanov olub-olmadığını bilmir.

Paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətindən verilən məlumata görə, şübhəli şəxs “Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən tamah niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham olunub. Bu maddə üzrə ən yüksək cəza ömürlük həbsdir.

Məhkəmə 2024-cü il fevralın 20-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi daha əvvəl məlumat vermişdi ki, saxlanılan şəxs “Oğlan sözü” serialının aktyorudur. Onun sözlərinə görə, dəstəyə Bazanov da daxil olub və 2011-ci ildə Moskvada iş adamına hücum edib. Kişi başından güllə yarası alıb, cani onun içində 900 min dollar olan çantasını oğurlayıb və qaçıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR