İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessa küçələri ilə 196 saniyəlik gəzinti - xüsusi olaraq Musavat.com oxucuları üçün - VİDEO

1053 20.03.2022 11:06 Gündəm A A

Odessada yaşayan soydaşımız Anar Natiqoğlu Musavat.com üçün şəhərin görüntülərini çəkib.

196 saniyəlik bu görüntülər Odessanın indiki durumunu, şəhərin və sakinlərin əhvalını kifayət qədər ehtiva edir. Hazırda Rusiyanın əsas hədəfi olan, Ukraynanın Qara dənizə çıxışı olaraq, tək qalmış bu şəhər yaşayır və müqavimətə hazırlanır. Hər an bu görüntülər dəyişə bilər: bu dinc, sakit küçələrə Rusiya bombalarla ölüm yağdıra bilər.

Odessada fəaliyyət göstərən "Birlik" təşkilatının sədr müavini, bir zamanlar "Yeni Müsavat" qəzetinin müxbiri kimi çalışmış Anar Natiqoğlu da fədakar və qorxmaz ukraynalılardandır! Hər şeyə rəğmən həyatı və sülhü sevirlər - amma mövzu vətən olanda, ölümə də hazırdırlar.

Oxucularımızı onlar üçün məxsusi çəkilmiş görüntüləri seyr etməyə çağırırıq. Həm də arzumuzu yazırıq - Allah imkan verməsin ki, Putin bu görüntüləri pozsun.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR